"F-35”ləri ala bilməsək, alternativ yollara baş vuracağıq” - Akar

2019/10/12356-1572434793.jpg
Oxunub: 1473     11:12     23 Noyabr 2019    
“S-400 zenit raket kompleksinin yerinə “Patriot” raket sistemi almaq istədik, amma bu mümkün olmadı. Belə olan təqdirdə isə, biz S-400-ü almalı olduq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, “F-35” qırıcı təyyarələri Türkiyənin müdafiəsi və təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir.

"Əgər “F-35” qırıcı təyyarələrini ala bilməsək, təbii ki, alternativ yollara baş vurmaq məcburiyyətində qalacağıq”, - deyə Akar bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   F-35  


Bizi "telegram"da izləyin