ABŞ PUA-sı Liviyanın paytaxtı üzərində gözdən itib

2019/11/drone-1574491737.jpg
Oxunub: 1542     12:31     23 Noyabr 2019    
ABŞ ordusuna məxsus Pilotsuz Uçuş Aparatı (PUA) Liviyanın paytaxtı Tripoli şəhəri üzərində gözdən itib.

Ordu.az xəbər verir ki, bu barədə dünən ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) məlumat yayıb.

Qeyd olunur ki, ərazidə ekstermist fəaliyyətlərə və təhlükəsizlik vəziyyətinə nəzarət edərkən PUA ilə əlaqə kəsilib.

Komandanlıq məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin