HVAV: 2010-2019-cu illərin müqayisəsində Ermənistan ordusunda intiharların sayında azalma tendensiyası yoxdur

2017/11/1500297442_1491831450herb_149924266945645645_1509519158.jpg
Oxunub: 1050     16:04     22 Noyabr 2019    
2019-cu il noyabrın 11-də jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan bildirib ki, silahlı qüvvələrdə mütəmadi olaraq intiharların sayında azalma tendensiyası var.

Balayan bu fikri jurnalistin “2017-ci illə müqayisədə 2018-ci ildə silahlı qüvvələrdə intiharların sayında artım qeydə alınıb” müşahidəsinə cavab verərkən bildirib. Nazir müavini jurnalistə qarşı çıxıb və bildirib ki, jurnalist yanılır.

Ermənistanın Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisi öz monitorinqi nəticəsində fərqli təsvir qeyd alıb. Qeyd edilən ofisin məlumatına görə, 2010-2019-cu illərin müqayisəsində orduda 630 ölüm halı qeydə alınıb ki, bundan da yalnız 249-u (39.5%) atəşkəs rejiminin pozulması nəticəsində baş verib.

Qalan 381 ölüm hadisəsindən 88-i (ümumi sayın 14%-i) intihar nəticəsində baş verib. Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisi məlumatları həm rəsmi, həm də qeyri-rəsmi mənbələrdən toplayır.

Rəsmi mənbələrə görə, bir qayda olaraq Ermənistan Müdafiə Nazirliyi, Ermənistan Baş Prokurorluğu və Ermənistan Hərbi Prokurorluğunun məlumatları toplanılan məlumatlardan fərqlənir.

Monitorinqin nəticələrinə əsasən, 2010-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrində intihar hallarının sayında yalnız 2013-2015-ci illərə nisbətən azalma qeydə alınıb, lakin ümumilikdə intihar hallarının sayında azalma tendensiyasının olduğunu demək olmaz.

2019-cu il noyabrın 19-da Ermənistan Cinayət və Cinayət Prosessual məcəllələrində dəyişikliklərin edilməsi təklifinin müzakirəsi çərçivəsində Ermənistan parlamentinin deputatı Kristine Poğosyan orduda ölüm hallarının sayına toxunub.

Deputat bunu orduda cinayət submədəniyyətinin təsiri kontekstində qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HVAV   Ermənistan-ordusu   İntihar  

HVAV: 2010-2019-cu illərin müqayisəsində Ermənistan ordusunda intiharların sayında azalma tendensiyası yoxdur

2017/11/1500297442_1491831450herb_149924266945645645_1509519158.jpg
Oxunub: 1051     16:04     22 Noyabr 2019    