Paşinyan hələ də Hakobyana ehtiyac duyur - O, hansı problemi həll edəcək?

2019/11/Untit-1574336005.jpg
Oxunub: 537     20:32     22 Noyabr 2019    
Bu günlərdə Ermənistan Baş nazir Nikol Paşinyanın qərarı ilə baş hərbi müfəttiş Movses Hakobyan, birinci müavini Kamo Koçunts və müavini Vaçaqan Nersisyan vəzifələrindən azad ediliblər.

Bu qərarın elan olunmasından sonra bir çoxları Paşinyanın keçmiş hakimiyyətdəki ən parlaq şəxslərdən biri olan Hakobyandan yaxa qurtarmaq qərarına gəldiyini düşünürdü. O, Ermənistan ordusunun problemlərinin başında durur və fəaliyyəti ilə də orduya xələl gətirən generallardan biri sayıla bilər.

Hakobyanın (Mosi) istefasından sonra, hətta parlamentin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryan, baş nazirin Hakobyanın rəhbərlik etdiyi qurumda problemlər gördüyünü bildirib.

“Bu yalnız Baş nazirin səlahiyyətindədir. Bu institutda problemlərin olduğunu sübut edir və buna görə də baş nazir bir qərar verib”, - deyə Köçəryan qeyd edib.

Bir gün sonra, Hakobyan və keçmiş müavinlərinin yeni vəzifələrə təyin olunduğu ortaya çıxdı.

“Ermənistan Müdafiə Nazirinin müvafiq əmrləri ilə

- general-polkovnik Movses Hrantoviç Hakobyan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi;
- General-mayor Kamo Qriqoriyeviç Koçunts Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidməti rəisinin müavini;

- Polkovnik Vaçaqan Nersisyan isə Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin baş müfəttişi təyin edilib”, - deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan öz “Facebook” səhifəsində bildirib.

Əslində, Paşinyan Hakobyanın etdikləri və etmədikləri barədə hər kəsdən daha yaxşı xəbərdardır, yəqin ki, hüquq-mühafizə orqanları ona lazımi məlumatlar verib. Ancaq onun seçimi yoxdur, çünki yaxın gələcəkdə Qarabağda qondarma “seçkilər” olacaq və Paşinyan Qarabağda özünə sadiq şəxs tapmaqda problem yaşayır.

Belə bir vəziyyətdə Paşinyanın Qarabağdakı yeganə hərbi dayağı Hakobyandır. Uzun illər Qarabağdakı qanunsuz “hərbi birləşmə”yə rəhbərlik edib və mənşəyi də oradandır. Paşinyanın siyasi gündəminə xidmət etməyə çalışmaq üçün Hakobyanın kifayət qədər əlaqələri var.

Əgər 2020-ci ildə Hakobyan Qarabağdakı “seçkilərə” əl gəzdirə bilməsə yeni Ermənistanda onu istefaya göndərməyə qərara verəcəklər, bəlkə də əvvəlki fəaliyyətləri ilə əlaqədar cinayət işləri də açıla bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Hakobyan  

Paşinyan hələ də Hakobyana ehtiyac duyur - O, hansı problemi həll edəcək?

2019/11/Untit-1574336005.jpg
Oxunub: 538     20:32     22 Noyabr 2019    