Ermənistan parlamenti “Təhlükəsizlik Şurası haqqında” qanun lahiyəsini nə üçün qəbul etməyib?

2017/11/1475143428_etatist34534_1511431563.jpg
Oxunub: 1273     20:56     20 Noyabr 2019    
Ermənistanda kütləvi deputat ezamiyyətləri nəticəsində qanun lahiyələrinin səsvermələri uğursuz olur.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gün bundan öncə deputatların yoxluğuna görə “Təhlükəsizlik Şurası haqqında” qanun lahiyəsi qəbul olunmayıb.

Məlumata görə, qanun lahiyəsi ilə parlamentin sədrinə Təhlükəsizlik Şurasının iclasında iştirak etməyə imkan veriləcəkdi.

Ezamiyyətdə olan erməni deputatlar öz səsverməsi haqqında yazılı məlumat belə qoymayıb. Noyabrın 12-dən başlayan iclas demək olar boş zalda keçir.

11-16 noyabr tarixlərində Lilit Makunts, Vahe Enfiacyan, Edmon Marukyan və Tatevik Hayrapetyan Vaşinqtona gedib. Demək olar eyni vaxtda, 11-15 noyabr tarixlərində Narek Zeynalyan və Lusine Badalyan Nayrobiyə gedib.

Həmçinin bu günlərdə Ani Samsonyan, Şake İsayan, Nora Arustamyan və Lilit Stepanyan ABŞ-dadır. İlin sonunda da kabinetdə istirahət edəcəklər.

Noyabrın 29-dan dekabrın 9-na qədər Müdafiə naziri Davit Tonoyan, dekabrın 2-dən 4-nə qədər Dövlət Gəlirləri Komitəsinin sədri Davit Ananyan, noyabrın 22-dən dekabrın 6-na qədər isə Regional İdarəetmə və Alt Strukturlar naziri Suren Papikyan məzuniyyətdə olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Parlament  


Bizi "telegram"da izləyin