Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Nersesyanın adı cinayət işi ilə hallanır və müttəhim statusuna malikdir.
Məlumata görə, polkovnik Nersesyana qarşı ittiham irəli sürülüb, çünki o, hərbi hissə komandiri olaraq rəsmi səlahiyyətlərini aşıb və mayor Arusik Petrosyana 905 min 203 dram zərər vurub.
Bundan əlavə, polkovnikin xidmətə qarşı nümayiş etdirdiyi laqeyd münasibətə görə dövlətə 9 milyon 740 min 630.8 dram miqdarında zərər dəyib.
Xatırladaq ki, dünən general-polkovnik Movses Hakobyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-mayor Kamo Koçunts isə həmin xidmətin rəis müavini təyin olunub.
Alpər Mövludoğlu
Ordu.az