Erməni ictimai-siyasi xadim: “Cənab Baş nazir, respublikanı rüsvay etməyin”

2019/11/567-1574247148.jpg
Oxunub: 1306     16:40     20 Noyabr 2019    
“Cənab Baş nazir, bu mövzulardan danışmayın, ayıbdır”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Mihran Hakobyan öz “Facebook” səhifəsində Nikol Paşinyanın rus jurnalistlərlə görüşü zamanı Qareqin Njde və Hovhannes Bağramyanın türklərə qarşı mübarizə aparması ilə bağlı səsləndirdiyi fikirə toxunarkən bildirib.

O, Paşinyanı Ermənistanı rüsvay etməməyə çağırıb:

“Xalqın Baş naziri hesab edir ki, Qareqin Njde bir vaxtlar Hovhannes Bağramyanla tanış olub (yeri gəlmişkən, təəssüf ki, Bağramyanın ikiqat qəhrəman olması faktını ölkənin qürurlu Baş nazirinə yandan xatırladırlar).

Xalqın Baş naziri hesab edir ki, Qareqin Njde Sardarapat döyüşündə iştirak edib, üstəlik, Bağramyanla birlikdə.

Xalqın Baş naziri heç vaxt eşitməyib ki, tariximizdə ilk dəfə Qareqin Njde hələ 1912-ci ildə diqqət cəlb edib. Həmin vaxt Njde Birinci Balkan Müharibəsi zamanı Makedoniya və Trakiya üçün bolqar ordusunun yanında Andraniklə birlikdə erməni bölüyünə rəhbərlik edirdi, sonra isə Birinci Dünya Müharibəsində ikinci erməni alayının komandir müavini kimi iştirak edirdi.

Cənab Baş nazir, bu mövzulardan danışmayın, ayıbdır. Bizim və Rusiyanın tarixşünaslığına zorakılığınız kifayətdir. Allah xatirinə, 1938-ci ilin Münhen sazişidən qəfil danışmayın. Siz bizi və rusiyalıları tarixi biliklərlə artıq heyrətləndirmisiniz, əyləndirmisiniz, eyni şeyi Qərb haqqında da etməyin”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Njde  


Bizi "telegram"da izləyin