Erməni deputat: “Ermənistandakı cinayət mədəniyyəti orduda qurbanlara səbəb olur”

2019/11/5c6ac-1574246906.jpg
Oxunub: 1348     17:28     20 Noyabr 2019    
“Biz ilk növbədə müəyyənləşdirməliyik ki, gələcəkdə hansı cəmiyyəti istəyirik. Təbii ki, biz dəyər yaradan, dövlətə uyğun vətəndaşa sahib olmaq istəyirik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Sipan Paşinyan cinayət mədəniyyətinin aradan qaldırılmasına yönəlmiş lahiyəyə toxunarkən bildirib.

Onun sözlərinə görə, Ermənistandakı cinayət mədəniyyəti heç bir şəkildə xoşbəxt gələcəkli, intizamlı olacaq bir cəmiyyətə sahib olmağa töhfə vermir və orduda itkilərə səbəb olur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Deputat  


Bizi "telegram"da izləyin