Ermənistanın Baş naziri administrasiyanın mətbuat xidmətindən verilən məlumata görə, “Moskovski komsomolets” qəzetinin jurnalisti Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və Nikol Paşinyan arasındakı əlaqə ilə maraqlanıb.
O qeyd edib ki, Levon Ter-Petrosyanla siyasi əlaqələri 2012-ci ildə sona çatıb və bu, ictimai şəkildə elan olunub.
“Gün gəldi və biz dedik ki, vəssalam, siyasi əlaqələrimiz sona çatır. Bu, kifayət qədər uzun və ictimai proses idi. 2011-ci ilin sonlarında mən bir sıra məqalələr yazmışam, bundan sonra, 2012-ci ildə bütün siyasi əlaqələri kəsdik. Bundan sonra mən siyasi təşəbbüsümə başladım və faktiki olaraq Ter-Petrosyanla nə ideoloji, nə təşkilati, nə də siyasi əlaqəm yoxdur. Ümumiyyətlə, heç bir əlaqə. Və indi də yoxumdur”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az