Ermənistan AES nüvə yanacağının idarə olunması üçün öz proqramını inkişaf etdirmək niyyətindədir

2019/07/15897-1563868088.jpg
Oxunub: 1134     15:45     20 Noyabr 2019    
Ermənistan AES nüvə yanacağının idarə olunması üçün öz proqramını işləyib həyata keçirmək niyyətindədir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu noyabrın əvvəlində Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi komissiyasında Rusiya tərəfindən Ermənistanın atom stansiyasının yenilənməsinə yönəlmiş dövlətlərarası kreditin verilməsi imkanlarını müzakirə edərkən dinləmələrdə iştirak edən “Ermənistan AES” QSC-nin baş direktoru Movses Vardanyan bildirib.

O qeyd edib ki, stansiyadakı mövcud tikililər onlarda istifadə olunan nüvə yanacağını ehtiyatda saxlamağa imkan verir. Orta aktivliyin istifadə olunan nüvə yanacağı istisna olmaqla, Ermənistan AES-in saxlama və ehtiyata yığma ilə bağlı problemləri yoxdur.

Məlumata görə, yaxın vaxtlarda istifadə olunan nüvə yanacağının dörd anbarının dördüncü növbəsinin tikintisi başlayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES   Metsamor  


Bizi "telegram"da izləyin