Ukrayna hərbi qüvvələri Donbas döyüş bölgəsində seperatçıların bir Pilotsuz Uçuş Aparatını vurub.
Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
Vurulan PUA tərk edilmiş həyətə düşüb. Onun üzərində Ukrayna mövqelərinə qarşı istifadə üçün nəzərdə tutulmuş partlayıcı maddə də aşkarlanıb.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ukrayna
Donbas
PUA