ABŞ aviadaşıyıcı qrupu Hörmüz boğazından keçib

2019/11/wire--1574246547.jpg
Oxunub: 1213     15:52     20 Noyabr 2019    
USS "Abraham Lincoln" aviadaşıyıcısı, HMS "Defender" və USS "Farragut" esminesləri Hörmüz boğazından keçib.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, gəmilərin hərəkəti İran və Birləşmiş Ərəb Əmirliklərini Körfəzə doğru ayıran strateji su yolu ilə planlaşdırılıb və hadisəsiz ötüşüb.

Adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi ABŞ qüvvələri ilə İranın sahil mühafizəsi arasında mübadilənin "təhlükəsiz və peşəkar" aparıldığını bildirib.

Qeyd edək ki, ABŞ-ın aviadaşıyıcı qrupu, İran tərəfindən iyun ayında eyni bölgədə ABŞ PUA-sının vurulmasından etibarən ilk dəfə boğazdan keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Hörmüz  


Bizi "telegram"da izləyin