İran 2020-ci ildə qabaqcıl silahlar əldə edə bilər - Pentaqon

2019/11/resiz-1574246353.jpg
Oxunub: 1442     16:38     20 Noyabr 2019    
"İran Silahlı Qüvvələrini modernləşdirmək üçün xarici təchizatçılardan qabaqcıl silah sistemləri satın ala bilər".

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun "İran Hərbi Gücü "başlıqlı yeni hesabatında məlumat verilib.

Hesabatda bildirilir ki, rəsmi Tehran embarqonun sona çatması ilə əlaqədar Rusiyaya məxsus Su-30 qırıcılarının, Yak-130 təlim təyyarələrinin və T-90 əsas döyüş tanklarının potensial alış-verişini nəzərdən keçirir.

"İran eyni zamanda, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri və "Bastian" sahildən mühafizə sistemləri almağa maraq göstərir", - deyə məlumatda bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pentaqon  


Bizi "telegram"da izləyin