BƏƏ Silahlı Qüvvələri 2 "GlobalEye" havadan erkən xəbərdarlıq və nəzarət sistemi və digər 3 yanacaq doldurma təyyarəsi alacaq.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Dubai Airshow 2019" sərgisinin təşkilat komitəsinin icraçı direktorunun müavini general-mayor İshaq Saleh Əl Bluşhi bildirib.
Onun sözlərinə görə, BƏƏ Silahlı Qüvvələri İsveçin "Saab" aviasiya şirkətindən əlavə iki "GlobalEye" hava-erkən xəbərdarlıq və nəzarət təyyarəsi (G 6000 - SRSS) alacaq.
Məlumata görə, BƏƏ həmçinin "Airbus"dan 3 ədəd A330 yanacaq doldurma təyyarəsi əldə edəcək.
Sevinc Əliyeva
Ordu.az