Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Finlandiya Müdafiə Nazirliyinin Baş katibi Janna Kuusela Estoniya Daxili İşlər naziri Mart Helmenin NATO-nun uğursuz olacağı təqdirdə, "B" planı haqqında verdiyi açıqlamalara toxunarkən bildirib.
O, planı təkzib edib və ölkəsinin heç bir şəkildə bunda iştirak etmədiyini söyləyib.
Daha öncə verdiyi müsahibəsində Estoniya Daxili İşlər naziri Mart Helme, Estoniya hökumətinin NATO-nun kollektiv müdafiəsinin uğursuz olacağı təqdirdə "B" planı hazırladığını və bu planın Latviya, Litva və Finlandiya ilə birgə icra ediləcəyini qeyd edib.
Kuusela, sözügedən plan haqqında ilk dəfə eşitdiyini və Helmenin Finlandiyanın da iştirakının olduğunu bildirdikdə nəyi demək istədiyini izah edə bilməyəcəyini vurğulayıb.
O, Baltikyanı ölkələrin və Finlandiyanın müdafiə qüvvələrinin hazırda birləşmədiyini və iki ölkənin ortaq müdafiə strategiyasının olmadığını qeyd edib.
"Finlandiya NATO üzvü deyil. Finlandiyanın öz planları və Baltikyanı ölkələrin NATO-nun ümumi müdafiə strategiyası ilə əlaqəli planları var", - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az