Fransa hərbçilərini ABŞ-ın köməyi ilə Suriyada saxlayır

2019/11/resiz-1574237681.jpg
Oxunub: 1108     12:14     20 Noyabr 2019    
Fransa prezidenti Emanuel Makronun ölkəsinin Yaxın Şərq regionunda aktiv siyasət yürütdüyü barədə açıqlamalarına baxmayaraq, bölgədəki fransız hərbi qulluqçuların ABŞ mandatı altında fəaliyyət göstərdikləri məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Mənbələrə görə, YPG/PKK qruplaşmasını dəstəkləyən Fransa qüvvələri Suriyanın Rəqqa, Deyr-əz-Zor və Hasaka əyalətlərinin dörd fərqli istiqaməti üzrə yerləşdirilib.

Terror qruplaşmasının işğal etdiyi ərazilərdə 200-ə yaxın fransız hərbi qulluqçunun olduğu qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   ABŞ  


Bizi "telegram"da izləyin