Tonoyanı müvəqqəti olaraq əvəz edəcək şəxs məlum olub

2019/11/nikol-1574235605.jpg
Oxunub: 1227     12:45     20 Noyabr 2019    
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Müdafiə naziri David Tonoyana məzuniyyət verilməsi barədə qərar imzalayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyana 2018-2019-cu il il məzuniyyət illəri üzrə 2019-cu ilin 29 noyabr tarixindən 9 dekabr tarixinədək məzuniyyət verilib.

Qeyd olunur ki, D. Tonoyanın məzuniyyətdə olduğu müddət ərzində onun vəzifəsini müavini Qabriel Balayan icra edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan  


Bizi "telegram"da izləyin