“Son 4 ildə erməni hərbi qulluqçular arasında yaşanan mübahisələr nəticəsində 158 hərbi qulluqçu ölüb”

2019/11/maxre-1574235544.jpg
Oxunub: 1833     12:12     20 Noyabr 2019    
“2015-2019-cu illərdə Ermənistan silahlı qüvvələrinin 158 hərbi qulluqçusu qeyri-döyüş şəraitində baş verən mübahisələr nəticəsində ölüb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Cinayət subkulturası və kriminal avtoritetlər” haqqında qanun layihəsinin müzakirəsi zamanı “Mənim addımım” fraksiyasının deputatı Kristine Poğosyan bildirib.

O qeyd edib ki, müqayisə üçün eyni dövrdə atəşkəsin pozulması nəticəsində 150 hərbi qulluqçu ölüb.

“Orduya qoşulmağın nə qədər güclü olduğunu, ordunun faciəvi nəticələrini bilirik, hamımız görürük. Uşaqlarımızın bütün bunlardan uzaq olması üçün bunu edirik”, - deyə qanunun qəbul edilməsi zamanı Poğosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin