Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, çərşənbə axşamı günü NATO Xarici İşlər nazirlərinin görüşü öncəsi jurnalistlərə danışan Stoltenberq NATO liderlərinin London sammiti zamanı bir sıra mövzuları, NATO-nun terrorizmlə mübarizədəki rolunu da müzakirə edəcəyini söyləyib.
O qeyd edib ki, NATO-nun Əfqanıstan və İraqdakı təlim missiyaları İŞİD və digər terror qruplaşmalarının dirçəlməsinin qarşısını almaqda mühüm rol oynamağa davam edir.
Sevinc Əliyeva
Ordu.az