Hərbçilərimizin idman nailiyyətləri durmadan artır

2019/11/97e63-1574162253.jpg
Oxunub: 550     17:16     19 Noyabr 2019    
Azərbaycanda bütün sahələrə göstərilən yüksək qayğının nəticəsidir ki, bu gün respublikamızda idmana böyük maraq və diqqət var. Hər sahədə olduğu kimi, Vətənimizin müdafiəsində duran hərbi qulluqçularımız arasında da dövlətimizin idman şərəfini yüksəldən idmançılar az deyil. Ordu sıralarında xidmət edən yüzlərlə hərbi qulluqçu hərbi xidməti ilə yanaşı, idman fəaliyyətini də yüksək səviyyədə davam etdirir. Ordu idmanının inkişafına göstərilən qayğının nəticəsində Azərbaycan idmançıları beynəlxalq idman arenalarında yeni-yeni uğurlar əldə edirlər. Bu nailiyyətlər ordumuzun qüdrətini bir daha sübut edir, əsgərlərimizin fiziki sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşıldığını göstərir. Bu gün hərbçilərimizin həm gündəlik, həm də peşəkar idman fəaliyyəti ilə məşğul olmaları üçün bütün bölmələrimizdə yüksək şərait yaradılıb.

"N" hərbi hissəsində ezamiyyətdə olarkən Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda keçirilən idman birinciliklərində uğur qazanmış hərbi qulluqçuları tanıdım. Polkovnik-leytenant Elman Hadıyev qeyd etdi ki, bugünkü gündə hərbçilərin idmanla peşəkar səviyyədə məşğul olmaları üçün ordumuzda hər cür şərait yaradılıb, hərbi şəhərciklərimiz müasir idman avadanlıqları ilə təmin olunub. "Şəxsi heyətin gündəlik fəaliyyətindən danışdıqda fiziki hazırlıq saatlarını mütləq qeyd etməliyik. Fiziki hazırlıq həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığın möhkəmləndirilməsinə istiqamətlənmiş fəaliyyət prosesidir. İdmanla çox məşğul olmaq möhkəm, güclü və sağlam olmaqdır. Yüksək fiziki hazırlıq döyüş qabiliyyətinə də müsbət təsir göstərir. İdmanla məşğul olan hərbi qulluqçu dözümlü, cəsur olur, həm də döyüş tapşırıqlarını daha çevik və dəqiq yerinə yetirir. Bu da döyüş qabiliyyətinin artırılmasında fiziki hazırlığın önəmini bir daha göstərir. Buna görə də bu sahə daim diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif işlər görülür. Müxtəlif idman növləri üzrə yarışlar, birinciliklər, kütləvi-idman tədbirləri keçirilir". Zabit onu da bildirdi ki, hərbçilərin idmanla peşəkar səviyyədə məşğul olması üçün Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) da fəaliyyət göstərir. İdman Klubunda peşəkar və təcrübəli məşqçilər tərəfindən hazırlanan hərbçi-idmançıların müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiyini dedi.

Sonra polkovnik-leytenant Elman Hadıyev il ərzində Azərbaycan Ordusunda keçirilən birinciliklərdə uğur qazanan idmançıları təqdim etdi. İlk həmsöhbətim kiçik çavuş Mübariz Balakişizadə oldu. Altı ildən çoxdur ordu sıralarında xidmət edən hərbçi daşqaldırma üzrə dörd dəfə Ordu Birinciliyinin qalibi olub. Uşaqlıqdan bu idman növü ilə məşğul olan Mübariz ordu sıralarında xidmətə başladıqdan sonra da idman fəaliyyətini davam etdirib. "İdmana uşaq yaşlarımdan həvəsli olmuşam. Hər zaman daha yaxşısına nail olmağı qarşıma məqsəd qoymuşam. Bunun üçün özümə inanmışam və əzmkarlıqla məşq etmişəm. Sonuncu dəfə bu il ordu birinciliyində 95 kq çəkidə mübarizə apardım. Bu çəkidə daha 13 nəfər gücünü sınadı. Lakin finalda bütün rəqiblərimi qabaqlayaraq hər qolda 80 kq daşı qaldırdım. Bu nəticə ilə birinciliyin qalibi oldum. Bu qələbəm məndə arxayınlıq yaratmır. Yenə də məşqlərimi fasiləsiz davam etdirirəm. Növbəti birinciliyə tam qüvvəmlə hazırlaşıram, oradan da qələbə ilə qayıtmaq arzusundayam. Onu da qeyd edim ki, bölməmizdə idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Həmçinin yuxarı komandanlıq da öz qayğı və diqqətini bizdən əsirgəmir, qələbələrimizi yüksək qiymətləndirir."

Çavuş Cavidan Əlizadə hərbi qulluqçular arasında hərbi beşnövçülüyün və daşqaldırma üzrə birinciliyin qalibi olub. Özü haqqında danışan Cavidan idmanla məşğul olmasında və uğur qazanmasında atasının rolunu xüsusi vurğuladı. "Atam idmanın güləş növü ilə məşğul olub. Həmçinin məşqçi kimi də fəaliyyət göstərib. Uşaqlığım atamın yanında, onun məşqlərinə, yarışlarına baxmaqla keçib. İdmana həvəsim də elə o vaxtlardan yaranıb. Artıq altı yaşımda güləş üzrə yarışlara qatılırdım. Respublika üzrə bir neçə dəfə qalib olmuşam. Beş ildən çoxdur ordu sıralarında xidmət edirəm. Hərbi xidmətimlə yanaşı, idmanla da mütəmadi məşğul oluram. İdman həm döyüş hazırlığımıza müsbət təsir edir, həm də sağlamlığımızı, möhkəmliyimizi artırır. Hərbçi kimi də idman sahəsində nailiyyətlərim oldu. Bu il keçirilən daşqaldırma üzrə ordu birinciliyində qalib oldum. İdmanın bu növü üzrə bir neçə dəfə birinciliyin qalibi olmuşam. Bu il ilk dəfə olaraq hərbi beşnövçülük üzrə də nailiyyət qazandım. Zəhmətimin bəhrəsini gördükcə daha da həvəslənirəm. Artıq beynəlxalq idman arenasında ölkəmizi və ordumuzu təmsil etməyi qarşıma məqsəd qoymuşam."

Növbəti həmsöhbətim gizir Habil Vəliyev idmanın daş qaldırma növü üzrə dəfələrlə nailiyyət qazanıb. O əkiz qardaşı Kamillə birlikdə uşaqlıqdan idmanla məşğul olduğunu bildirdi. Onun da hərbçi olduğunu dedi. "Hər işdə olduğu kimi, idmana da Kamillə birlikdə başlamışıq. Uzun illər idmanın güləş növü ilə məşğul olmuşuq. Ordu sıralarında xidmətə başladıqdan sonra idmanın daşqaldırma növü ilə məşğul olduq. İndi də qardaşımla həm eyni bölmədə xidmət edir, həm də birlikdə məşq edirik. Ordu birinciliyində daşqaldırma üzrə dəfələrlə nailiyyətlərimiz olub. Qarşıdan növbəti birincilik gəlir. Səylə və var qüvvəmizlə məşqlər edirik. Hədəfimiz qalib gələrək bölməmizə medal və kubokla qayıtmaqdır. Bununla bərabər, hər birimiz yaxşı bilirik ki, qarşımızda duran əsas vəzifə torpaqlarımızın işğaldan azad olunması üçün döyüş əmrinə hazır olmaqdır. İdman fəaliyyətimiz, fiziki gücümüzün artırılması da məhz buna istiqamətlənib. Biz əsl gücümüzü döyüş meydanında düşmən üzərində göstərəcəyik. Ali Baş Komandanımızın döyüş əmri ilə düşməni məhv etməyə daim hazırıq."

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   MOİK  

Hərbçilərimizin idman nailiyyətləri durmadan artır

2019/11/97e63-1574162253.jpg
Oxunub: 551     17:16     19 Noyabr 2019    