ABŞ və Avropa arasındakı gərginlik NATO-ya necə təsir edəcək

2019/11/RTS25-1574161960.jpg
Oxunub: 551     21:12     19 Noyabr 2019    
Son iki həftə ərzində dolaşan bir sıra hekayələr Vaşinqtonun NATO müttəfiqlərinin ABŞ siyasi məqsədlərinə qarşı getdikcə daha çox itaətsizlik etdiklərini təsdiqləyir. Onlar bu siyasəti yanlış yönləndirilmiş və narahat qəbul edirlər. Haqqında danışılan məsələlərdən biri Türkiyənin heç bir şəkildə ABŞ-ın tələblərinə tabe olmayaraq S-400 müqaviləsinin tamamlanacağında israrlı olmasıdır.

Tramp administrasiyası aylarla Ərdoğan hökuməti ilə bu müqavilə üzərində danışıqlar aparsa da, nəticəsiz olub. Vaşinqtonun bu məsələyə belə təkid etməsinin səbəbi təkcə həmin sistemlərin NATO-nunkularla uyğunsuzluğu yox, həm də müqavilənin Türkiyə ilə Rusiya arasında artan əməkdaşlığın simvolu kimi qəbul edilməsidir.

Başqa bir fikir ayrılığı İtaliya ilə ABŞ arasında müşahidə edilir. İtaliya Baş naziri Cüzeppe Konte Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyaların bitirilməsi yönündən çalışmalar apardığını söyləyib. 2014-cü ildə Krımın ilhaqından sonra Qərb güclərinin Rusiyaya qarşı tətbiq etməyə başladığı sanksiyalar Vaşinqton üçün prioritet olaraq qalır. Kontenin koalisiya hökuməti bu kimi tədbirlərin Putini təslim etməkdə effektiv olmadığını düşünür. Həmçinin italyan rəsmilər məhdudiyyətlərin İtaliya iqtisadiyyatına da mənfi təsir göstərdiyini bildirirlər.

Vaşinqtonun NATO müttəfiqləri tərəfindən bəzən məhdudiyyətlərlə üzləşdiyi doğrudur. 1960-cı illərdə bunun ən məşhur nümunəsi Fransa prezidenti Şarl de Qoll idi. Avropa və bir sıra digər Avropa dövlətləri Reyqan administrasiyasının 80-ci illərdə Moskvanın nəzarət etdiyi boru kəməri vasitəsilə təbii qaz idxal etmə qərarına çox qəzəblənmişdi. Lakin budəfəki anlaşmazlıq ekspertlər tərəfindən bu vaxta qədərki ən gərgini olaraq dəyərləndirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   NATO  

ABŞ və Avropa arasındakı gərginlik NATO-ya necə təsir edəcək

2019/11/RTS25-1574161960.jpg
Oxunub: 552     21:12     19 Noyabr 2019    