“Northrop Grumman” şirkəti ABŞ Hərbi Hava Qüvvələri tərəfindən F-16 qırıcı təyyarəsi üçün quraşdırılmış elektron müharibə dəsti və rəqəmsal radar xəbərdarlıq sistemini nümayiş etdirəcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət sistemin prototip layihəsini hazırlayıb.
Qeyd olunur ki, layihənin məqsədi qırıcı ekipajını müasir elektromaqnit təhdidlərindən qorumaq üçün xəbərdarlıq sistemi yaratmaq, təhdidlərin müəyyən edilməsi və əks-tədbir imkanlarını formalaşdırmaqdır.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Northrop-Grumman
F-16