Yeni təhlükəsizlik "maneələri", "dron" səsboğucuları - Paşinyan nədən qorxur?

2019/11/83f98-1573896133.jpg
Oxunub: 2061     10:21     18 Noyabr 2019    
İrəvanın Kond istiqamətindəki hökumət evlərinə girişi qoruyan köhnə sütun maneələri, daha çox qoruyucu təyinatlı və gücləndirilmiş təhlükəsizliyə malik, o cümlədən "dron" səsboğucularla təchiz olunan yeni maneələr sistemi əvəz olunur.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu cür təhlükəsizlik sistemləri qorunma məqsədi ilə qurulsa da, onlara yalnız qorxu və narahatlıqlar olduqda ehtiyac yaranır.

Nikol Paşinyan nədən qorxur?

Erməni KİV-ləri inşaat gedən əraziyə baş çəkib. Ərazidə davam edən işlərə nəzarət edən Ermənistan Dövlət Mühafizə xidmətinin bir əməkdaşı, Kond evlərindəki qoruyucu sütunların zədələndiyi üçün dəyişdirildiyini söyləyib.

Baryerlərin necə zədələnə biləcəyi ilə bağlı suala cavab olaraq, o, çox vaxt keçdiyini və zaman keçdikcə maneələrin pisləşdiyini bildirib.


Məlumata görə, ərazidə köhnə maneələrin əvəzinə daha da inkişaf etmiş bir təhlükəsizlik sisteminin qurulması planlaşdırılır. Ermənistan DMX-nin rəsmisi isə bu barədə məlumatının olmadığını bildirib.

Lakin sütun maneələri arasındakı parçalanmış hissələrdən aydın olur ki, keçmiş sütunların yerində başqa bir maneə olacaq.

Dövlət vəsaiti hesabına Nikol Paşinyanın şəxsi təhlükəsizliyinin artırılması üçün atılan son addımları, tam zirehli maşınların alınmasını, Fransaya yola düşən hökumət heyətinin təyyarəsinin hərbi helikopterlə müşayiət edildiyini, indi isə hökumət evlərinin yeni maneələr və “dron” səsboğucuları ilə qorunduğunu nəzərə alsaq, Paşinyanın həqiqətən qorxduğu qənaətinə gəlmək olar.

Ermənistanda özünü xalqın "lideri" adlandıran Paşinyanın, niyə və ya kimdən qorxmalı olduğu isə bəlli deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Təhlükəsizlik  


Bizi "telegram"da izləyin