Hindistanın Dabolim şəhərində yerləşən “Ins Hansa” aviabazasından havaya qalxdıqdan sonra təlim missiyası əsnasında bir MiQ-29K qırıcısının mühərrikində yanğın çıxıb.
Ordu.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, ilkin ehtimala görə hadisə mühərrikə quşun daxil olması nəticəsində baş verib.
Məlumata görə, pilotlar xilas ola bilib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Hindistan
MiQ-29
Qəza