"Danışıqların çıxılmaz vəziyyətdə olması müharibə təhlükəsini artıra bilər" - Vardanyan

2019/11/56756-1573816613.jpg
Oxunub: 876     16:40     15 Noyabr 2019    
"Demək olar ki, bu gün Qarabağ ətrafında aparılan danışıqlar çıxılmaz vəziyyətə daxil olub".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Vernatun" ictimai-siyasi klubun konfransı zamanı jurnalistlərə açıqlamasında ictimai-siyasi xadim Ağvan Vardanyan Qarabağ məsələsinin həll prosesində Paşinyan hakimiyyətinin siyasətinə toxunarkən bildirib.

Vardanyanın sözlərinə görə, Paşinyanın bəyanatları bir-birinə ziddir və o, problemin həll siyasətinin görünməmiş olduğunu nə qədər bildirsə də, artıq keçmiş mövqelərindən güzəştlər qeydə alınıb.

"Danışıqlar sahəsində baş verənlər narahatvericidir. Bütün bunlar kifayət qədər ziddiyətli, impulsiv reaksiyalardır və əgər biz bir il əvvəlki bəyanatları bugünkü bəyanatlarla müqayisə etsək görərik ki, onlar bir-birinə ziddir. Danışıqların çıxılmaz vəziyyətdə olması müharibə təhlükəsini artıra bilər. Bu, cəmiyyətimizin bugünkü vəziyyətində narahatvericidir", - deyə Vardanyan narahatlığını ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə  

"Danışıqların çıxılmaz vəziyyətdə olması müharibə təhlükəsini artıra bilər" - Vardanyan

2019/11/56756-1573816613.jpg
Oxunub: 877     16:40     15 Noyabr 2019    