"Ermənistan və Rusiya münasibətləri təhlükəlidir" - Hakobyan

2019/11/3333--1573816423.jpg
Oxunub: 724     16:12     15 Noyabr 2019    
"Hazırda Ermənistan və Rusiya arasında münasibətlər təhlükəlidir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Vernatun" ictimai-siyasi klubun konfransı zamanı politoloq Ruben Hakobyan bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan bir neçə il bundan öncə müxalifət sıralarında olarkən bildirib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı rus amili əsas olub, Rusiya müharibənin başlamasına təşəbbüs göstərib.

"Bu gün Rusiya hakimiyyəti narahatdırmı ki, Ermənistanın Baş naziri öz mövqeyini dəyişməyib?", - deyə o sual edib.

Hakobyan bildirib ki, bu gün Ermənistan parlamentində Aprel döyüşlərini araşdıran komissiya var. Hakobyan komissiyaya rus amilinin olması ilə bağlı Nikol Paşinyanın keçmiş bəyanatlarının konkret olaraq araşdırılmasına dair çağırış edib.

"Əgər bu təsdiq edilsə, onda belə çıxacaq ki, bizim çox qəddar strateji müttəfiqimiz var. Əgər təsdiq edə bilmirlərsə, onda belə çıxır ki, Baş nazir demaqogiya ilə məşğul olub", - deyə Ruben Hakobyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Ermənistan və Rusiya münasibətləri təhlükəlidir" - Hakobyan

2019/11/3333--1573816423.jpg
Oxunub: 725     16:12     15 Noyabr 2019    