Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar erməni dili və milli dəyərlərə xələl gətirən bütün şəxslərin idarəetmə sistemindən uzaqlaşdırılmasını tələb edib.
Qeyd edilən təşkilatın nümayəndələri özləri ilə qapalı qovluq gətiriblər və qeyd ediblər ki, qovluğu Paşinyana verməyə hazırlaşırlar.
Lakin hökumət üzvlərindən heç kim onlara yaxınlaşmayıb, bundan sonra onlar bildiriblər ki, aksiyanı dayandırırlar, hökumət tərəfindən cavab addımı gözləyirlər.
“Əgər hökumət üzvləri Ermənistan üçün narahatdırsa, qoy özləri bu qovluğun məzmunu ilə tanış olmaq üçün yollar axtarsın. Əgər Baş nazir dövlət təhlükəsizliyi üçün narahatdırsa, bu kağızlarla tanış olmaq üçün maraqlanmalı və yollar axtarmalıdır. Hökumət tərəfindən olacaq istənilən reaksiya bizim tələblərimizə və bəndlərimizə uyğun olmalıdır. Onunla görüş jurnalistlərin iştirakı ilə və ictimai qaydada - açıq, şəffaf olmalıdır, bu, bizim görüş tələbimizdir”, - deyə Aprel döyüşlərinin iştirakçısı Manuel Manukyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az