Ehtiyatda olan hərbi qulluqçu Ermənstan MN-dən narazıdır

2019/11/17343-1573810358.jpg
Oxunub: 619     17:43     15 Noyabr 2019    
Ermənistan sakini, ikinci dərəcəli əlil Qarnik Kakoyan uzun illərdir Ermənistan Müdafiə Nazirliyinin ehtiyacı olan ailələr siyahısındadır, lakin heç cür bir ev ala bilmir.

2013-cü ildə Ermənistanın sabiq Müdafiə naziri Seryan Ohanyanın qəbulunda olarkən, nazir, Kakoyana məsələni ən qısa müddətdə həll edəcəyinə söz verib, lakin dediyi kimi bu nəticəsiz olub.

Kakoyan bildirib ki, vaxtilə Ermənistan MN mənzil almağa layiq olmayanalara yardım etsə də, onun ailəsi diqqətdən kənar qalıb.

Kakoyan 1994-cü ildə 4 dəfə ağır yaralanıb. 3 dəfə də onun ölməsi barədə yalan məlumatlar yayılıb.

“Talış ərazilərini “Şahen” ləqəbi ilə tutan mən olmuşam. Artik rayonundan komandir olan yeganə şəxs mən olmuşam. 1994-cü ildə məni ukraynalı snayper qız vurdu. Qulağım deşildi, başım sıyrıldı. Qan axma aparırdı, məni əvəz edən yox idi. Sonra mənə dedilər ki, aşağı apararkən, Cermuklu Hamo (Muşeğ Babayan) deyib ki, Şahen vurulub. Onlar bilib ki, azərbaycanlılar mənim başıma pul müəyyən ediblər, buna görə də mənim öldüyüm barədə xəbərlər yayıblar. Daha sonra meyitimi aparmaq üçün maşın göndərəndə, xəbər arvadıma çatıb və infakt keçirib”, - deyə Kakoyan baş verənlərdən söhbət açıb. O, son vaxtlar ölən arvadına görə özünü günahkar hesab etdiyini qeyd edib.

Kakoyanın səhhətindəki ciddi problemlərindən və daimi dərman ehtiyaclarından başqa 2016-cı ildə bankdan götürdüyü kreditə görə də çətin vəziyyətə düşüb. Artik şəhərində yerləşən yarım tikilisini təmir etmək üçün bankdan kredit götürüb. Kredit götürdüyü 11 min ABŞ dollardan sadəcə 3 min 645 dollar vəsaiti geri qaytara bilib. Arvadının və özünün xəstəliyi ilə laqədar vəsaitin tam hissəsini ödəmə qabiliyyətində olmayıb. İş məhkəməyə gedib çıxıb.

“Bu krediti, yarım tikili evimi bir az abadlaşdırmaq üçün məcbur götürməli oldum. İşıq, su çəkdik. Heç olmasa yaşamalı hala gəlsin deyə qapı, pəncərəsini dəyişdik, bununla da vəsait qurtardı”, - deyə Kakoyan bildirib.

Paşinyana ünvanladığı məktubun cavabında qeyd edilib ki, məktub Ermənistan MN-ə yönləndirilib. Nazirliyin apardığı araşdırmalara görə məlum olub ki, Kakoyan 2007-ci ildə Şirak vilayətinin icra nümayəndəliyi tərəfindən mənzil ehtiyaclı olan vətəndaşların MN-ə göndərilən siyahısına daxil edilib.

Eyni zamanda Ermənistan MN yazılı şəkildə bildirib ki, mənzil növbəsinə daxil edilmiş 2-ci qrup hərbi əlilliyi olan hərbi təqaüd hüququna malik olan şəxslərin qanuna uyğunluğunu yoxlamaq məqsədilə hazırda İstintaq Komitəsində cinayət işi açılıb. İlkin araşdırma aparılır. Buna görə də, Kakoyanın mənzil təminatı məsələsi cinayət işinin ilkin istintaqından sonra müzakirə olunacaq.

Qeyd edək ki, 2018-ci ildən Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyində, xüsusi ilə də tibbi sosial ekspertizada böyük sayda insanların əlillik qrupları dəyişikliklərə məruz qalır. Yenidən baxılmalar nəticəsində böyük sayda insanlar müavinət alma hüququndan mərhum ediliblər. Bir çox hallarda isə əlillik dərəcəsinin dəyişdirilməsi, yəni aşağı endirilməsi nəticəsində onların aldığı müavinətin həcmi azalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz  

Ehtiyatda olan hərbi qulluqçu Ermənstan MN-dən narazıdır

2019/11/17343-1573810358.jpg
Oxunub: 620     17:43     15 Noyabr 2019    