Xidmət yoldaşını öldürən erməni hərbi qulluqçu mühakimə edilib

2019/11/eXlao-1573810279.jpg
Oxunub: 1491     20:29     15 Noyabr 2019    
Ermənistan MN-in “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Aram Sarkisyanın qətlə yetirilməsi işi üzrə ittiham edilən kiçik çavuş Harutyunyan 12 il müddətinə azadlıqdan mərhum edib.

Müddətli xidmət hərbi qulluqçusu Aram Xaçatryan 20 oktyabr 2017-ci ildə qətlə yetirilib. O, aldığı odlu silah xəsarətləri ilə saat 12:40 radələrində döyüş postunda aşkar edilib. Hərbi hospitala təxliyyə edildiyi müddət ərzində yolda aldığı odlu silah yarası xəsarətlərindən ölüb. Hadisəni ilk növbədə rəqib tərəfindən açılan atəş nəticəsində baş verən ölüm kimi qələmə verməyə cəhd ediblər. Lakin daha sonra məlum olub ki, ona ölümlə nəticələnən odlu silah yarası əsgər yoldaşı tərfindən açılan atəş nəticəsində baş verib.

İbtidai istintaqın məlumatlarına görə, hadisə günü zərərçəkən kiçik çavuş rütbəsində olan Davit Harutyunyanla bərabər döyüş növbətçiliyində olub. Onların arasında isə gərgin münasibət olub. 2017-ci il 20 oktyabr tarixində saat 12:40 radələrində , qazmanın yanında ayıq növbə müşahidəçisinin vəzifə borclarını icra edərkən, kiçik çavuş Harutyunyan ona təhkim edilən AKM tipli avtomatın lüləsini əsgər A.Xaçatryanın sinəsinə tuşlayıb, tətiyi çəkib və iki atəş açıb. Açılan atəş nəticəsində sinəsinin sol yarım hissəsində dəlib keçən, ölümcül odlu silah yarası alıb. Törətdiyi əməl nəticsində A.Xaçatryanın öz həyatına görə mübarizə aparmaq və müqavimət göstərmə qabiliyyətini itirdiyini gördükdə, məhz kiçik çavuş Harutyunyan , guya Xaçatryanın rəqib tərəfindən açılan atəş nəticəsində qətlə yetirilməsinə dair dövriyyəyə yalan məlumat buraxmağa cəhd göstərib. Daha sonra isə bildirib ki, guya A.Xaçatryan özü-özünə odlu silah xəsarəti yetirib.

İbtidai istintaqın versiyasına görə, hadisədən öncəki gün Aram tərəfindən növbəyə getməsi üçün Harutyunyanın ayağından çəkməklə yuxudan oyatmasına görə A.Xaçatryanla kiçik çavuş arasında yenə də problem yaşanıb. Həmin vaxtadək isə eyni səbəbdən başqa bir hərbi qulluqçu ilə mübahisəsi baş verib və ona qarşı zorakılıq tətbiq edib.

İbtidai istintaq dövründə məlum olub ki, qətldə ittiham edilən kiçik çavuş eyni zamanda ona qarşı digər hərbi qulluqçuların tətbiq etdiyi zorakılq hərəkətlərindən zərər də çəkib.

Sünik vilayət məhkəməsi Davit Harutyunyanı qətl törətməkdə və hərbi qulluqçunu təhqir etməkdə günahkar bilib və onu 12 il müddətinə azadlıqdan mərhum edib.
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, iddia edir ki, Aramı öldürmək niyyəti olmayıb. Guya silahı ona zarafatla yönləndirib. Aram guya bu nə oyuncaqdır deyərək silahdan tutub.

“O, silahın lüləsini ora-bura çəkirdi, deyirdi ki, atəş et. O da bilirdi ki, bu silah atəş aça bilməz. O da zarafatla qorxutmaq və bir dəfə qoruyucunu şaqqıldadaraq açıb ki, səsi gəlsin və Aram çəkilsin. Tətik çəkildikdə gözlənilmədən atəş açılıb”, - deyə təqsirləndirilən şəxs məhkəmədə bildirib. O əlavə edib ki, nə baş verdiyini xatırlamır, yalnız Aramı xilas etməyə və onun həyatını qurtarmağa görə qışqırdığını bilir.

Kiçik çavuşun vəkili onu azad etmək tələbi ilə apellyasiya şikayəti verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin