Hərbi hissəni özbaşına tərk edən erməni əsgər yenidən həmin hərbi hissəyə qaytarılıb

2017/11/erməni-əsgəri-dedovşina3453_1511423506.jpg
Oxunub: 512     11:07     16 Noyabr 2019    
Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyinin Qafanda dislokasiya olunan hərbi hissəsini özbaşına tərk edən hərbi qulluqçu Erik Qasparyan yenidən öz hərbi hissəsinə qaytarılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin qəbuledici-bölüşdürücü məntəqəsi hərbi qulluqçunun hərbi hissənin hərbi qulluqçuları ilə bağlı problemə görə xidmət yerini tərk etməsi amilinə məhəl qoymadan onu eyni hərbi hissəyə qaytarıb.

Qasparyanın vəkili Hayarpi Sarkisyanın sözlərinə görə, insan haqlarının müdafiəçisinin (Ombudsman) ofisindən bildiriblər ki, guya xidməti araşdırma nəticəsində onu zəruri olaraq həmin hərbi hissəyə göndəriblər.

“Bu sözsüz ki, istinsa edilir. Hazırda ibtidai istintaq mərhələsi olduğuna görə, belə bir şey ola bilməz. Söhbət hansı xidməti araşdırmadan gedir. Əsgərin başqa bir hərbi hissəyə köşürülməsini təşkil etmək məqsədilə müstəntiq hazırda hərbi hissəyə gedir”, - o qeyd edib.

Vəkil bildirib ki, onun müvəkkilinin hazırda daha böyük problemləri var. Lakin bu barədə onu məlumatlandıra bilmir.

“Erik Qasparyan verdiyi ifadələrində qeyd edib ki, artıq məlum problemlərlə əlaqədar istəmir və həmin hərbi hissədə hərbi xidmətini davam etdirmək qeyri- mümkündür. Bu problemlər səbəbindən hərbi hissəni yenə də tərk etmək məsələsi ortaya çıxa bilər”, - deyə Sarkisyan qeyd edib.

Jurnalistlərin “Əsgərin həmin hərbi hissəyə geri qaytarılması doğurdanmı, heç bir problem yaratmayacaq”, deyə sualına Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhanisyan bildirib ki, bunu həyat göstərəcək.

Qeyd edək ki, Qasparyanın hərbi hissəni özbaşına tərk etməsi 24 oktyabr tarixində məlum olub. Yayılan xəbərə görə, Qafanda dislokasiya olunan hərbi hissələrdən birinin müddətli xidmət hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk edib və naməlum istiqamətdə yoxa çıxıb. Eyni zamanda həmin gün məlum oldu ki, MN və hərbi polis artıq 5 gündür həmin əsgəri axtarır.

Əsgərin niyə və nədən qaçdığını aydınlaşdırmadan, Ermənistan MN-in mətbuat katibi birbaşa hərbi qulluqçunun cinayət məsuliyyətinə cəlb ediləcəyini bəyan edib.

Hərbi polis əsgəri oktyabrın 28-də İrəvanda tanışlarından birinin evində aşkar edib. Növbəti gün Hərbi polis rəisi Artur Bağdasaryan “Joğovurd” qəzeti vasitəsilə Qasparyanı ləkələyən bəyanatla çıxış edib. İlk olaraq bəyan edib ki, əsgər “Facebook” sosial şəbəkəsi vasitəsilə bir oğlanla tanış olub.

“Yəqin dostu tək qalıb, dosta ehtiyacı olub, o da dostunun yanına gedib. Gah deyir dostum deyil, istənilən halda iki oğlan bir-birləri ilə baş-başa qalıb”, - deyə o bildirib.

Daha sonra, bu barədə istintaq orqanı heç bir açıqlama verməməsinə və bugünədək vermədiyinə baxmayaraq bəyan edib ki, qalan detalları tibbi ekspertiza müəyyən edəcək.

Beləliklə, hərbi polisin yüksək vəzifəli məmuru sıravi Erik Qasparyanın şərəf və ləyaqəti ilə oyun oynayıb. O, əsgərin qeyri-ənənəvi meyilliyi olmasına işarə edib. Bununla da bu cür açıqlamaların əsgərin mənəvi psixoloji vəziyyətinə necə təsir edə biləcəyini göz ardına vurub və onu həmin hərbi hissəyə geri göndərib.

Mətbuat katibi çox yaxşı bilir ki, cinsi meyilliliklə bağlı problemləri olan əsgər üçün hərbi hissə cəhənnəmə çevrilə bilər. İndi isə onu köhnə problemlərinə yenilərini də əlavə etməklə həmin hərbi hissəyə aparıblar. Bunlar yalan ifadələr və böhtanlardır. Bu Ermənistan Müdafiə Nazirliyi tərəfindən adi bir qisasıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Hərbi hissəni özbaşına tərk edən erməni əsgər yenidən həmin hərbi hissəyə qaytarılıb

2017/11/erməni-əsgəri-dedovşina3453_1511423506.jpg
Oxunub: 513     11:07     16 Noyabr 2019    