Ermənistan-Rusiya arasında Njde qalmaqalı: “Bu hərəkətlər erməni-rus əlaqələrinin ruhuna uyğun deyil”

2019/11/45645-1573804637.jpg
Oxunub: 1572     14:06     15 Noyabr 2019    
Ermənistanın Rusiyadakı səfirliyi Rusiyanın Armavir şəhərində deputatlardan birinin erməni kilsəsi ərazisində yerləşdirilmiş Qareqin Njdehin xatirə lövhəsini boyaması hadisəsindən narahatlığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, Armavir Şəhər Dumasının deputatı A. Vinoqradovun hərəkətlərini Erməni Apostol kilsəsi ərazisində vandalizm təzahürü kimi qiymətləndirirlər və bu, qanunla müəyyən olunmuş qaydaya ziddir.

“Bu hərəkətlər erməni-rus əlaqələrinin ruhuna uyğun deyil və beynəlxalq gərginliyə səbəb ola bilər”, - deyə səfirlik bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Qalmaqal   Njde  


Bizi "telegram"da izləyin