İsrail HHQ "İslam cihadı"nın mövqelərinə zərbələr endirib

2019/05/36-1559025535.jpg
Oxunub: 1120     09:48     15 Noyabr 2019    
İsrail ordusunun Hərbi Hava Qüvvələri Qəzza zolağında Fələstinin "İslam cihadı" qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda, hazırda İsrail ordusunun "İslam cihadı"nın obyektlərinə hücum etdiyi bildirilir.

Qeyd edilir ki, hücum fələstinlilər tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq həyata keçirilir.

Daha sonra İsrail ordusunun mətbuat xidmətindən bildiriblər ki, zərbə endirilən obyektlər arasında raketlər üçün komponentlərin hazırlandığı bina da olub. Həmçinin Xan-Yunis şəhərində təşkilatın qərargahı da zərbələrə məruz qalıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HHQ   İslam-Cihadı  


Bizi "telegram"da izləyin