Muzeyin əməkdaşı Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib

2019/11/1573726877.jpg
Oxunub: 1037     13:06     14 Noyabr 2019    
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib.

Muzeydən Ordu.az-a verilən məlumata görə, cəmiyyətin sədri Mamuka Gogitidze və sədr müavini Giorgi Bejitaşvili tərəfindən təqdim edilən üzvlük diplomunda S.Əhmədovun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi səylər xüsusi qeyd olunub.

Azərbaycanın hərb tarixi və heraldikasına aid bir sıra nəşrlərin müəllifi olan S.Əhmədov, həmçinin XIX–XX əsrin əvvəllərində milli hərbi hissələrin yaradılmasında azərbaycanlılarla bərabər fəaliyyət göstərmiş digər millətlərin nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi, eləcə də Qafqaz silahlarının tədqiqinə həsr edilən məqalələrin müəllifidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Azərbaycan-Tarixi-Muzeyi   Gürcüstan  


Bizi "telegram"da izləyin