Ermənistanın hakim fraksiyasında Təhlükəsizlik Şurasına görə qalmaqal yaşanıb

2017/11/1475143428_etatist34534_1511431563.jpg
Oxunub: 1223     14:54     14 Noyabr 2019    
Ötən gün Ermənistanın hakim “Mənim Adımım” fraksiyasının təmsilçisi Anna Karapetyanın təqdim etdiyi qanun layihəsi qəbul edilmədikdən sonra erməni parlamentində vəziyyət qızışıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu qanun layihəsinə görə erməni parlamentinin spikeri Ararat Mirzoyanın da Təhlükəsizlik Şurası iclaslarında iştirak etməsi təklif edilirdi.

Qeyd olunur ki, yaranmış vəziyyətdən qəzəblənən hakim fraksiya üzvü Hakob Simidyan parlamentin iclas salonundan çıxaraq, əlində siyahı gün ərzində səsvermədə iştirak etməyən deputatlardan hesbat tələb edib.

Xatırladaq ki, hazırda TŞ-nin tərkibinə TŞ sədri, Paşinyan, baş nazirin müavini Tiqran Avinyan, baş nazirin müavini Mher Qriqoryan, TŞ katibi Armen Qriqoryan, Müdafiə naziri D.Tonoyan, Xarici İşlər naziri Z.Mnatsakanyan və BQ rəisi A.Davtyan daxildir.

Deputatlar isə Ermənistanın parlament tipli ölkə olmasını nəzərə alaraq təklif edirdilər ki, parlament sədri də TŞ tərkibinə daxil edilsin. Ancaq görünür ki, hakim partiya müxaliflərin səslərinə dair hesablama apararkən yanlışlığa yol veriblər.

Hakim partiya uzaq görməyən hesablamaları səbəbindən qanun layihəsini uğursuzluğa düçar edib. Qanun layihəsinə səsvermə zamanı məlum olub ki, 66 lehinə, 14 əleyhinə, 20 bitərəf nisbəti ilə qanun layihəsi qəbul edilməyib. Qanun layihəsinin qəbul edilməsi üçün deputatların 3/5-nin lehinə, yəni 81 deputatın lehinə səsverməsi tələb olunur.

Səsvermənin iflasa uğramasının səbəbləri parlament sədri A.Mirzoyanın kabinetində keçirilən toplantının müzakirə mövzusu olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Qalmaqal  


Bizi "telegram"da izləyin