“Tramp yenidən seçiləcəyi təqdirdə ABŞ NATO-dan çıxa bilər” - Bolton

2019/07/E1EEA-1564551468.jpg
Oxunub: 1202     14:14     14 Noyabr 2019    
“Tramp yenidən seçiləcəyi təqdirdə ABŞ təcridçi siyasət yürüdə və daha sonra NATO-dan çıxa bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ-ın sabiq Milli Təhlükəsizlik Müşaviri Con Bolton Türkiyə prezidentinin Trampla görüşünü şərh edərkən bildirib.

O qeyd edib ki, Tramp Türkiyəyə Rusiyadan S-400 raket sistemlərini almasına görə sanskiya tətbiq edilməsinə qarşıdır.

Bolton Trampın yürütdüyü siyasətdən məyus olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolton   Tramp   NATO  


Bizi "telegram"da izləyin