Ermənistan ordusunda baş verən qətlləri yenə də intihar hesab etməyə davam edirlər

2019/11/00-39-1573632671.jpg
Oxunub: 642     15:10     13 Noyabr 2019    
Ermənistan hökuməti hərbi qulluqçunu ölüm həddinə çatdırmanın cəzasının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə razılıq verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Cinayət Məcəlləsinə hərbi qulluqçunun ölüm həddinə çatdırılmasına görə yeni maddələr daxil ediləcək.

Qeyd olunur ki, yeni maddələr əsasında 14 il azadlıqdan mərhumetmə daxil olmaqla yeni cəza müddətləri tətbiq ediləcək. Hazırda Cinayət Məcəlləsinin 110-cu maddəsi ümumi intihar həddinə çatdırılmanı nəzərdə tutmaqla 3 ildən 6 ilədək azadlıqdan mərhum edilməsini müəyyənləşdirirdi. Yeni qanunvericiliyə əsasən, hərbi qulluqçunu intihar həddinə çatdırma maddəsi ayrılacaq və cəzası da sərtləşdiriləcək. Qanun layihəsinin müəllifi Naira Zöhrabyanın sözlərinə görə, bu kimi halların qarşısını bu qanunla almaq mümkün ola bilər.

Xatırladaq ki, 2019-cu ilin ilk 9 ayı ərzində erməni ordusunda 35 ölüm faktı qeydə alınıb. Bunlardan 8 hal intihar və ya intihar həddinə çatdırılması nəticəsində baş verib. İntihar hesab edilən ölüm faktlarının sayı ötən il baş verən ölüm sayına bərabərdir.

İllərlə Ermənistan ordunun problemləri ilə yaxından məşğul olan hüquq müdafiəçisi Janna Aleksanyan qeyd edib ki, bu qanun layihəsinin əleyhinə deyil. Ancaq onun sözlərinə görə, hökümətin ilk işi İstintaq Komitəsinin necə fəaliyyət göstərdiyinə, orduda qətl hadisələrinin necə intihar hadisəsinə çevrilməsinə nəzər yetirmək olmalı idi.

“Bu gün ən vacib məsələ budur, ancaq heç kim bununla məşğul olmur. Əslində isə qətl hadisələrinin niyə və necə asanlıqla intihara çevrilməsi çox ciddi məsələdir. Həmçinin intihara təhrik etməkdə hər hansı şəxs məsuliyyət cəlb edilirsə, bu adətən əsl təqsirkar şəxslər olmur. Əsl günahkarlar heç vaxt məsuliyyətə cəlb edilmir, cəzalandırılımırlar”, - deyə Aleksanyan bilirib.

Hüquq müdafiəçisi əlavə edib ki, son vaxtlar onlar tərəfindən intihar kimi qələmə verilən Valodya Qaloyanın qətl işinin üstü açılıb. Onun guya intihar etdiyi bildirilirdi, əslində isə hərbi qulluqçuya işgəncə verilib. Məhkəmə tibbi ekspertizası meyitin xarici müayinəsini keçirərkən 22 xəsarət halının olduğunu qeydə alıb. Ona açılan atəş qeyd edildiyi kimi yaxın məsafədən deyil, uzaqdan olub.

Aleksanyanın sözlərinə görə, orduda baş verən hadisələrin əsas səbəbi nəzarətsizlikdir.

“Əsgərlər arasında günlərlə davam edən problemlər olur, ancaq bu barədə heç kim bilmir, maraqlanmır. Bu hadisələrin, mübahisələrin qarşısını almaq üçün nəzarət yoxdur. Misal olaraq, Gümrüdən hərbi xidmətə çağırılan Qevork Haroyan günlərlə hərbi hissədə bədənindəki göyərmə halları ilə xidmət aparıb. Amma heç kim soruşmayıb ki, bu nədir, nədən baş verib. Sonunda da əsgəri qətlə yetirdilər, adını da intihar kimi qələmə verdilər”, - deyə o qeyd edib.

Ötən gün Ermənistan parlamentində Müdafiə nazirinin müavini Qabriel Balayan hərbi qulluqçuları intihar həddinə çatdırmaya görə cəzanın sərtləşdirilməsinə dair nəzərdə tutulan qanun layihəsi dəyişikliyini şərh etməkdən yayınıb. O, yalnız Müdafiə Nazirliyinin bu kimi baş verən hadisələrdən nəticə çıxardığını, müvafiq vəzifəli şəxslərin öz cəzalarını aldıqlarını deməklə kifayətlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar   Cinayət  

Ermənistan ordusunda baş verən qətlləri yenə də intihar hesab etməyə davam edirlər

2019/11/00-39-1573632671.jpg
Oxunub: 643     15:10     13 Noyabr 2019    