Erməni politoloq: “Nikol və onun komandası xalqın tələb etmədiyi addımlar atırlar”

2019/11/567-1573632408.jpg
Oxunub: 485     14:54     13 Noyabr 2019    
“Paşinyan ucuz poeziya ilə hamının onu sevdiyini göstərmək istəyir. Buna görə də özü yazmaq məcburiyyətindədir. Nikol, insanların ona görə dəli olduqları təsəvvürünü yaratmaq istəyir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq, analitik Menua Harutyunyan bildirib.

Erməni nazir Arayik Harutyunyanın istefasını tələb edən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qarşısında bir neçə gün davam edən etiraz aksiyaları barədə danışan Harutyunyan qeyd edib ki, hazırda Ermənistanda dəyərlər sisteminə əl atılır.

“Gənclər də ayağa qalxaraq deyir ki, erməni kilsəsinin tarixinə, bizim dilimizə toxunmaq hüququnuz yoxdur. Bir il əvvəl insanlar ölkədəki sosial vəziyyətin nizama salınması, yaxşı yaşamağa başlaması üçün ayağa qalxdılar. Baş verənlərdən sonra Nikol və onun tayfası yalnız beynindəki yoxsulluğun öhdəsindən gəldi və xalqın onlardan tələb etmədiyi addımları atırlar. Bu adam insanların həyatını yaxşılaşdırmaq əvəzinə milli dəyərlər sistemimizin incə tellərinə toxunur. Nikol “Mel” filmini maliyyələşdirməklə, Avropaya göstərmək istəyir ki, bizə ölkədə inqilab etməyimizə kömək etdiniz və biz də transgenderlərə və qaluboylara yaxşı münasibət göstəririk”, - deyə o bildirib.

Harutyunyanın sözlərinə görə, məhz Paşinyan və onun kimilərdən Ermənistanı müdafiə etmək lazımdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan  

Erməni politoloq: “Nikol və onun komandası xalqın tələb etmədiyi addımlar atırlar”

2019/11/567-1573632408.jpg
Oxunub: 486     14:54     13 Noyabr 2019    