Lavrov ikinci dəfə mövzuya qayıtmaq qərarına gəlib

2019/04/10281-1555486514.jpg
Oxunub: 735     14:26     13 Noyabr 2019    
“ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağ tənzimlənməsi danışıqlarının hazırkı mərhələsindəki uğursuzluqlarda Ermənistanı günahlandırmaq üzrə ardıcıl davam etdirdiyi prosesin məsuliyyətini daşıyır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi analitik Emma Qabrielyan bildirib.

Qeyd edək ki, Lavrov Xankəndində Paşinyanın məlum “Qarabağ, Ermənistandır və son” təxribatçı açıqlamasına cavab verərək, bunu qəbuledilməz adlandırıb.

Məlum “Valday” konfransındakı çıxışında Lavrov Paşinyanın açıqlamalarını tənqid edərək, belə ifadələrin danışıqlar atmosferinə töhfə vermədiyini qeyd edib. İndi, Lavrov ikinci dəfə mövzuya qayıtmaq qərarına gəlib.

Rusiya Xarici İşlər Naziri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin bu və ya digər şəkildə həll olunmasına dair açıqlamalar problemin həlli üçün uyğun atmosferin formalaşmasına kömək etmir.

Bu dəfə Lavrov hansı ifadədən danışdığını dəqiq söyləməyib, ancaq jurnalistin sualını cavablandırib və Lavrovun cavabının Ermənistan hakimiyyətinə yönəldiyi məlum olur.

Azərbaycanlı jurnalist “Olduqca təxribatçı fikirlərin səsləndirildiyini nəzərə alsaq, xüsusən də Ermənistan Müdafiə nazirinin son vaxtlar Qarabağ məsələsinin artıq həll olunduğunu söylədiyini nəzərə alsaq, bu gün danışıqlar prosesini necə qiymətləndirərdiniz?” deyə soruşub.

“Mən sizinlə razıyam ki, Qarabağ məsələsinin yalnız bu şəkildə həll olunmasına dair açıqlamalar münaqişənin həll olunmasına töhfə vermir. Məhz mövqeləri yaxınlaşdırmaq və uzlaşma əldə etmək üçün həmsədrlərin səyləri lazımdır”, - deyə Rusiya Xarici İşlər naziri cavab verib.

O, aprel ayında Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Moskvada keçirilən üçtərəfli görüşünün bəzi təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, görüş qeyri-rəsmi canlı görüş olub və nəticədə etimad mühiti yaratmağa yönəlmiş bir sıra humanitar tədbirlər, həmçinin Qarabağ münaqişəsinin nizamlanması üzrə siyasi dialoqun perspektivləri açıqlanıb.

Qabrielyan bildirib ki, indi Moskva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsini təmin etməkdə olduqca tələbkar mövqe tutub və onun diqqət mərkəzində nədənsə yalnız Ermənistan tərəfidir.

Gələn ay Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşəcəyi məlumdur. ATƏT Xarici İşlər Nazirlərinin növbəti görüşünün keçiriləcəyi Bratislavada 5-6 dekabr tarixlərində Qarabağla bağlı dialoq davam edəcək. Bu barədə Moskvada ATƏT-in baş katibi məlumat verib.

“Qarabağ məsələsi ilə bağlı danışıqların dinamikası bir balaca ləngiyib, lakin ümid edirik ki, Xarici İşlər Nazirlərinin qarşıdakı görüşü bu prosesə yeni təkan verəcəkdir”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri, münaqişənin hər iki tərəfinin təhlükəsizlik zonasında sabitliyi qoruduğunu və artıq İrəvan ilə Bakı arasında birbaşa əlaqənin yaradılması da daxil olmaqla bir sıra etimad tədbirlərini həyata keçirdiklərini söyləyib.

ATƏT-in baş katibi qeyd edib ki, bütün bunlar danışıqlarda müsbət nəticələrə, o cümlədən girov mübadiləsi və jurnalistlərin qarşılıqlı səfərlərinə səbəb olmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lavrov   Qarabağ  

Lavrov ikinci dəfə mövzuya qayıtmaq qərarına gəlib

2019/04/10281-1555486514.jpg
Oxunub: 736     14:26     13 Noyabr 2019    