Rusiya Ermənistana hansı məsələ ilə bağlı narahatlıqlarını dilə gətirib?

2019/11/maxre-1573629928.jpg
Oxunub: 533     12:24     13 Noyabr 2019    
Məlumata görə, son günlər Ermənistandakı ictimai müzakirələrdə müxtəlif mövzular yayılır, ilkin mərhələlərdə ictimaiyyətin çox diqqət etmədiyi bu mövzularla bağlı, eyni zamanda davamlı olaraq şərhlər və müxtəlif tezislər dolaşır.

Xüsusilə belə mövzulardan biri Ermənistan üçün vacib hərbi obyekt hesab olunan Gümrüdəki 102-ci Rusiya hərbi bazasıdır.

Qeyd olunur ki, bu, hakimiyyətinin diqqət mərkəzində olan məsələdir.

Məlumata görə, Paşinyan hakimiyyəti bazanın Ermənistan ərazisindən çıxarılması məsələsini müntəzəm müzakirə mövzusu etməyə və xüsusi “sınaq” keçirməyə çalışır.

Bəzi dairələr bazanın mövcudluğundan yaxa qurtarmaq istəyirlər, lakin hakimiyyət bu məsələdə ciddi narahatlıq keçirir və bu barədə öz adından heç bir açıqlama vermir.

Nəticədə açıq anti-Rusiya siyasəti ilə fərqlənən qondarma “qrant yeyən” sektor yenidən öz siyasəti ilə ön plana çıxır. İdeyaları və qrantları ilə Qərbə təbii qısqanclıqla yanaşan hakimiyyəti dəstəkləyən ekspert dairəsi bu məsələni bir daha fərziyyə mövzusuna çevirmiş və müsahibələrində bu barədə müntəzəm olaraq səs-küy salmaqdadırlar.

Bu bir neçə problemi həll etməyə imkan verir. Birincisi, Paşinyan hakimiyyəti bu mövzuda təmiz qalır, digər tərəfdən, ictimaiyyətin bu məsələyə necə baxdığı barədə bir fikir formalaşdırır, ictimai rəyi yoxlayır.

Şayiələrə görə, Rusiya hakimiyyəti bu məsələ ilə bağlı ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə narahatlıqlarını çatdırıb, lakin erməni tərəfi hər dəfə məsələdən yayınmağı bacarıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   102-baza  

Rusiya Ermənistana hansı məsələ ilə bağlı narahatlıqlarını dilə gətirib?

2019/11/maxre-1573629928.jpg
Oxunub: 534     12:24     13 Noyabr 2019    