F-35-lər kosmosa məlumat ötürəcək?

2019/05/Q23JV-1557926133.jpg
Oxunub: 693     17:38     12 Noyabr 2019    
ABŞ Hərbi Hava Qüvvələri döyüş effektivliyini artırmaq üçün F-35 qırıcı və F-22 “Raptor” təyyarələri ilə X-37B kosmik təyyarəsi arasında məlumat mübadiləsinə imkan verəcək yeni missiyaya başlaya bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ HHQ Baş Qərargah rəisi general Devid Qoldfein ötən həftə Hava Qüvvələri Birliyinin səhər yeməyi zamanı Qüvvələrin üzvləri və platformalar arasında məlumat ötürülməsini yaxşılaşdırmaq üçün göstərilən səylərin gələcəkdə Yer kürəsini aşa biləcəyini vurğulayıb.

O qeyd edib ki, bunun üçün ən vacib iş rəqəmsal təməl qurmaqdır.

General bildirib ki, X-37-lər və F-35 ya da F-22 arasında məlumat mübadiləsinin təmin edilməsi, qarşılıqlı əlaqə səviyyəsinin yüksəldilməsi rəqiblərə qarşı ciddi təsir imkanları yarada bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-35   Kosmos  

F-35-lər kosmosa məlumat ötürəcək?

2019/05/Q23JV-1557926133.jpg
Oxunub: 694     17:38     12 Noyabr 2019    