"Səngər yoldaşlarıma bu bayrağı Ağdam şəhərində dalğalandırmağı arzu edirəm" - REPORTAJ

2019/11/2-3146592300.jpg
Oxunub: 1549     14:37     09 Noyabr 2019    
Xəbər verdiyimiz kimi 9 noyabr – “Dövlət Bayrağı Günü” münasibəti ilə Ağdam rayonunda yürüş aksiyası keçirilib.

Beş min nəfərdən artıq cəbhə sakinin qatıldığı yürüşdə, həmçinin rayon ictimayyətinin nüməyəndələri, Təhsil Nazirliyinin əməkdaşları, Müdafiyə Nazirliyinin yüksək rütbəli zabitləri, habelə müharibə əlilləri iştirak ediblər.

Rayonun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Prospektindən start götürən bayraq yürüşü Ağdam rayon Bayraq meydanında sonlandı. Təxminən 3.5 km məsafə boyunca durmadan bayraq üçün yürüyən insanlar, sanki ətrafa xalqın hər zaman sağlam amal uğrunda toplaşdıqlarını və sarsılmaz birliyi nümayiş etdirirdilər.

Ordu.az kollektivi olaraq çalışdıq ki, aksiya iştirakçılarının təəssüratlarını öyrənək. İlk olaraq sakinlərlə birgə ön cərgədə hərəkət edən, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənova yaxınlaşırıq. O, yürüş aksiyasında hərəkət edə-edə bizimlə həmsöhbət oldu

“Bu gün Azərbaycan xalqının qürur günüdür. Dövlət Bayrağımız Azərbaycan xalqının qürurunu əks etdirən bir nümunədir. Mən Azərbaycan xalqının bir oğlu kimi, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı kimi fəxr edirəm ki, rayonumuzda belə bir tədbir təşkil olunub. Buna görə də Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiyə Nazirliyinə öz təşəkkürümü bildirirəm”, - deyə Vaqif Həsənov bildirib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbir iştirakçılarından biri də birinci ordu birliyinin komandir müavini, polkovnik Babək Səmidlidir. O da hərbi arkestirin marş sədaları ilə bayraqla yürüş edən insan izdihamının ön cərgədə gedənlərindən biri idi. Polkovnik B.Səmidli yaxın günlərdə üç rəngli al bayrağımızın işğal altında olan tarixi torpaqlarımızda dağlanacağını əminliklə vurğuladı.

“Ulu öndər Heydər Əliyev deyirdi ki, hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Bayrağımız isə bizim milli dəyərlərimizdən xəbər verir. Belə ki bayrağımız özündə xalqımızın milli dəyərlərini əks etdirir. Onun rənglərinin anlamı bizim türkçülüyümüzdən, müstəqilliyimizdən və dini etiqadımızdan xəbər verir. Biz hər birimiz bu bayrağın hər zaman dalğalanması üçün canımızdan və qanımızdan keçməyə hazır olmalıyıq. Mən əminəm ki, Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi altında dövlət bayrağımızı işğal altında olan tarixi torpaqlarımızda dalğalandıracağıq. Heç kimin buna şübhəsi olmasın və əminliklə onu da qeyd edim ki, həmin gün uzaqda deyil” , - deyə B.Səmidli qeyd edib.

Təxminən yarım saatdan artıq davam edən yürüş aksiyasında iştirak edənlərdən biri də Milli Məclisin deputatı Aydın Mirzəzadə idi. Millət vəkili yürüş zamanı əməkdaşımıza öz təəssüratını ifadə edib.

“Təəssüratım yüksəkdir, burada on minə qədər insan iştirak edir. Baxmayaraq ki cəbhə xəttinə yaxın məsafədədir, insanlarda heç bir qorxu hissi yoxdur və bu güc onu göstərir ki, dövlətimiz ayaqüstədir və öz ərazilərini işğaldan azad etmək qüdrətindədir. Cənab Prezidentimizin siyasəti nəticəsində biz bayrağımızı işğal altında olan Xankəndində, Şuşada, Ağdamda və digər işğal altında olan ərazilərə sancacağıq”, - deyə millət vəkili bildirib.

Yürüşdə iştirak edən digər qruplardan biri də Qarabağ müharibəsi əlillərindən ibarət futbol komandasının üzvləri idi. Vətən uğrunda sağlamlıqlarını itirən qəhrəman qazilər ayaqlarının və ya digər bədən üzvlərinin olmamasına baxmayaraq, aksiyaçılardan heç də geridə qalmadılar.

Ordu.az-a danışan qazi Eşqin Hüseynov və Elnur Abdullayev Vətən uğrunda birləşməyin, bayraq üçün yeriməyin heç bir bəhanəsinin ola bilmədiyini, ehtiyac olarsa yenidən döyüşlərə qatıla biləcəklərini diqqətə çatdırıblar.

Kadırlardan da göründüyü kimi yürüşçülər arasında məktəblilər və yerli təhsil şöbəsinin nümayəndələri çoxluq təşkil edir. Onlar ön cəbhədə xidmət edən əsgərlərin daşıdığı üçrəngli dövlət bayrağımızın ardınca qürurla yürüş edirlər. Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanova yaşanan qürurlu günlə bağlı təəsüratlarını bölüşüb.

“Bu gün sözün əsl mənasında qürurlu gündür. Xalq bir bayraq altında bir olmağı aşkaranə şəkildə nümayiş etdirir. Biz, Azərbaycan qadınları da dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşirik və möhtərəm prezidentimizin apardığı uğurlu siyasəti dəstəkləyir və alqışlayırıq. Buradan bildirmək istəyirik ki, gördüyünüz əsgər balaların daşıdığı bayrağı Qarabağ sancmağa hazırıq və hər zaman dövlətimizin, bayrağımızın, ordumuzun və onun əsgərlərinin arxasındayıq. Bütün xalqımızı qürur mənbəyimiz olan dövlət bayrağı günü münasibəti ilə təbrik edirəm”, - deyə Mətanət Misirxanova qeyd edib.

Sonuncu müsahibimiz əsgərdir. O əsgər ki, tam 15 aydır Hacıqabul rayonundan Ağdama – ön cəbhəyə gələrək Vətən keşiyi çəkir. Yürüş aksiyası zamanı isə digər yoldaşları kimi ona həvalə olunan iş ən böyük bayrağı aksiyaçıların önündə bayraq meydanına qədər aparmaqdır. Əsgər Rahim Məmmədov bizim vasitəmizlə bütün xalqı təbrik edib.

“Mən bu gün fəxr edirəm ki, digər yoldaşlarım kimi dövlət bayrağını daşıyıram. Ağdamda xidmət etdiyim üçün özümə və səngər yoldaşlarıma bu bayrağı Ağdam şəhərində dalğalandırmağı arzu edirəm. Bu yolda canımızdan keçməyə hazırıq” , - deyə əsgər Məmmədov əlavə edib.

Biz də öz növbəmizdə bütün xalqımızı bayram günü münasibəti ilə təbrik edir, kollektivimizə Azərbaycanın üç rəngli dövlət bayrağını Xankəndində inşa olunacaq bayraq meydanında dalğalanmasını lentə almağı arzulayırıq!

Elgün Gəncimsoy
Fotolar: Hacıağa Hacıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ-Azərbaycanındır   Yürüş  

"Səngər yoldaşlarıma bu bayrağı Ağdam şəhərində dalğalandırmağı arzu edirəm" - REPORTAJ

2019/11/2-3146592300.jpg
Oxunub: 1550     14:37     09 Noyabr 2019    