DSX-nin Göytəpədəki hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTOLAR

2019/11/photo-14159567241.jpg
Oxunub: 434     11:20     09 Noyabr 2019    
Noyabrın 8-də Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yer­lə­şən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, gənc əsgərlər təntə­nəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət bayrağı günü ərəfəsinə təsadüf edən mərasimdə, dövlət bayra­ğımızın mil­li suverenliyin simvolu kimi bütün ölkə vətəndaşları üçün müqəddəs dövlətçilik rəmz­­lə­rindən biri olması, hər bir azərbaycanlı tərəfindən dövlət bayrağına böyük hör­mət və eh­tiram nümayiş etdirilməsi qürur hissi ilə vurğulanıb, Azərbaycan Respublikasının Prezidenti cənab İl­ham Əliyevin dövlət bayrağımıza yüksək məhəbbətin təza­hürü olan “Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bay­raq bizim milli dəyərimizdir.” söz­ləri iftixarla xatır­lanıb.

Mərasimdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qo­run­­ması, Azər­baycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xid­mətlərini, böyük dövlət xadiminin müəy­yən­ləş­dirdiyi milli sərhəd strate­giyasının Azər­baycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi qeyd ediblər. Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qoru­maq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əmin­lik ifadə edilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütöv­lü­yü­nün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hü­quqlarının tə­min edilməsi, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınması uğrunda sava­­şa daim hazır olduğu xüsusi vurğulanıb.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə min­nət­dar­lıq­la­rı­nı bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayan­ma­ğı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çat­ıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavab­lan­dırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Bayraq-Günü  

DSX-nin Göytəpədəki hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTOLAR

2019/11/photo-14159567241.jpg
Oxunub: 435     11:20     09 Noyabr 2019    