Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər

2019/11/15732-3146568698.jpg
Oxunub: 358     11:22     09 Noyabr 2019    
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş keçirilib.

Ordu.az xəbər verir ki, Dövlət Bayrağı Gününün qeyd edilməsi, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə təşkil olunan yürüşdə gənclər 30 metr uzunluğunda olan üçrəngli bayrağımızı 1,5 kilometr məsafəni qət edərək qəsəbənin giriş hissəsindən Bayraq meydanına qədər çiyinlərində daşıyıblar. Yürüş zamanı iştirakçılar bayraqla və vətənpərvərliklə bağlı müxtəlif şüarlar səsləndiriblər.

Tədbir çərçivəsində milli ədət-ənənələrimiz nümayiş etdirilib, kitablar sərglənib. İdmançıların nümunəvi çıxışları maraqla qarşılanıb. Musiqili-əyləncəli konsert zamanı vətənpərvərlik mövzusunda şeirlər söylənilib, mahnılar, muğam və təsniflər ifa olunub, milli və müasir rəqslər nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocavənd   Yürüş  

Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər

2019/11/15732-3146568698.jpg
Oxunub: 359     11:22     09 Noyabr 2019    