Erməni KİV-lərinin dezinformasiyaları Gürcüstanda ciddi qəbul edilmir – GÜRCÜ EKSPERTLƏR

2019/11/Gela--1573213171.jpg
Oxunub: 1633     16:40     08 Noyabr 2019    
Son günlər Ermənistan müdiasında Azərbaycan-Gürcüstan münasibətlərini zədələməyə ünvanlanmış, təxribat xarakterli dezinformasiyalar yayılır. Azərbaycanın DSX Sərhəd Qoşunlarının Qazax istiqamətində irəliləməsini həzm edə bilməyən Ermənistan hakimiyyəti ictimaiyyətin diqqətini Gürcüstana yönəltməklə bundan yaxa qurtarmağa çalışır.

Ordu.az xəbər verir ki, bununla bağlı erməni KİV-ləri müxtəlif gürcü politoloqlarından açıqlama almağa cəhd etsə də, bu o qədər də uğurlu alınmayıb, əskinə gürcü politoloqlar erməni tərəfinin informasiyalarının əsassız olduğunu qeyd ediblər.

Gürcüstan Strateji Təhlil Mərkəzinin aparıcı analitiki Qela Vasadze açıqlamasında bildirib ki, Gürcüstan hakimiyyətinin rəsmi reaksiyasının yoxluğunu nəzərə alaraq bütün bunları sadəcə söz-söhbət adlandırmaq olar.

“Yəni, heç bir konkret fakt olmadan Gürcüstandan ərazi qoparılması haqqında ciddi danışsaq, sabah eynilə yazmaq olar ki, ermənilər bizdən nəsə bir şey götürüb, biz bunu müzakirə edəcəyik? Bizim hakimiyyətimiz, qeyri-hökumət təşkilatlarımız, KİV-lərimiz var. Bu kimi məlumatlar heç kimdən alınmayıb, yəni hər hansı reaksiya yoxdur. Buna görə də hansısa informasiya vasitəsinin xaricdə belə bir şey yazması haqqında danışmağı ciddi hesab etmirəm. Hakimiyyət, qeyri-hökumət sektoru heç nə demir. Erməni tərəfindən belə bir məlumat gəlir ki, Azərbaycan nəyisə ələ keçirib, şərh etmək çətindir. Bu vəziyyətdə bu cür məlumatı şərh etmək kifayət qədər çətindir. Sabah bu cür məlumat Ermənistan haqqında nəşr oluna bilər və bizə Azərbaycandan zəng edə bilərlər", - deyə Vasadze bildirib.

Digər bir gürcü ekspert İrakli Menaqarişvili isə bildirib ki, Azərbaycan Gürcüstan üçün olduqca vacib qonşu dövlətdir.

“Gürcüstanın həm Azərbaycana, həm də Ermənistana mövqeyi məlumdur. Gürcüstan Dağlıq Qarabağ münaqişəsi kontekstində öz qonşularından hər hansı birinə qarşı addım ata bilməz. Hesab edirəm ki, bütün bunları informasiya müharibəsi çərçivəsində müşahidə etmək lazımdır. Gürcüstan münaqişənin həll edilməsini istəyir. Qeyd etmək istəyirəm ki, Gürcüstan ərazisindən onun hansısa qonşusu təhdid hiss edə bilməz”,- deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Dezinformasiya   Azərbaycan-Gürcüstan  

Erməni KİV-lərinin dezinformasiyaları Gürcüstanda ciddi qəbul edilmir – GÜRCÜ EKSPERTLƏR

2019/11/Gela--1573213171.jpg
Oxunub: 1636     16:40     08 Noyabr 2019    