Erməni ictimai xadim: “İnqilabçı hakimiyyət ciddi şəkildə hakimiyyətdən sui-istifadə etməyə başlayıb”

2019/11/Narin-1573212626.jpg
Oxunub: 469     15:43     08 Noyabr 2019    
“Yeni hakimiyyət siyasi gündəm olmadan gəldi, özləri ilə siyasi düşüncə və siyasi təsəvvürlər gətirmədi. Buna görə də Ermənistanda inqilabdan sonra formalaşan hakimiyyətin siyasətlə az əlaqəsi var, daha çox siyasi texnologiyalar və siyasi şoularla əlaqəsi var”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan milli mətbuat klubunun sədri Narine Mkrtçyan "168 TV"nin "Revyu" verilişinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin davranışı nəticəsində Ermənistanda mətbuat zaman keçdikcə qütbləşir.

“Demək istəyirəm ki, cəmiyyətə diktə edilən qaraların və ağların bu siyasəti mətbuata da təsir edir. İnformasiyanın verilməsi və ictimai fikrin formalaşdırılmasında mətbuatın rolu hansıdır? Bu qütbləşmə çox pisdir, çünki bu, mətbuatdan ictimaiyyətə, yaxud ictimaiyyətdən mətbuata ötürülür və mətbuatda ifrat təzahürlər var”.

Mkrtçyan, inqilabçı hakimiyyətin ciddi şəkildə hakimiyyətdən sui-istifadə etməyə başladığını vurğulayıb: “Büdcəni istədikləri kimi idarə edirlər. İndi bu bonuslar, maaşların hədsiz dərəcədə artırılması (məmurlar nəzərdə tutulur-red), müxtəlif faktlar, hakimiyyətdə dövlətçilik düşüncəsinin olmadığını sübut edir. Ən təhlükəli şey budur: sən dövlətçilik hissini itirməyə başlayırsan və qərar verməyə başlayırsan ki, sən hakimiyyətsənsə, sən dövlətsən”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Erməni ictimai xadim: “İnqilabçı hakimiyyət ciddi şəkildə hakimiyyətdən sui-istifadə etməyə başlayıb”

2019/11/Narin-1573212626.jpg
Oxunub: 472     15:43     08 Noyabr 2019    