ABŞ səfiri Sarkisyanla niyə görüşüb? - QISA BAXIŞ

2019/11/20997-1573026344.jpg
Oxunub: 1635     15:24     08 Noyabr 2019    
ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla görüşü siyasi, ekspert dairələrində və sosial şəbəkələrdə fəal müzakirə olunur. ABŞ-ın Ermənistan Respublikaçılar Partiyasını erməni siyasi həyatının vacib bir subyekti kimi tanımasından başlamış ABŞ diplomatının keçən həftə hansısa açıqlanmayan məsələ ilə bağlı Paşinyanla, daha sonra keçmiş prezident Sarkisyanla görüşməsi müxtəlif təhlillər və qiymətləndirmələrə səbəb olub. Bu qiymətləndirmələrdə, əlbəttə ki, rasional məqamlar var.

Fakt budur ki, ABŞ Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçıları siyasi həyatın bir subyekti kimi nəzərdən keçirməkdə davam edir. İndiki hakimiyyət Respublikaçıları keçmiş qüvvə kimi təqdim etməsindən asılı olmayaraq görünən odur ki, Sarkisyanın partiyası siyasi həyatın həlledici subyektlərindən biri kimi qalmaqda davam edir.

Digər tərəfdən, Sarkisyanla bu cür görüşlər istisna deyil, əksinə qanunauyğunluqdur. Məlumata görə, xüsusən son dövrdə Sarkisyanın müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə sıx əlaqələri olub, xüsusən də Rusiya, Çin və Avropa ölkələrinin diplomatları ilə münasibətləri sıxdır. Bu faktın obyektiv izahı var, uzun illər hakim bir partiya olmaqla, xüsusən son illərdə müxtəlif ölkələrin partiyaları və beynəlxalq siyasi birliklərlə fəal əməkdaşlıq ediblər.

Bu münasibətlər bu gün də artıq müxalifət partiyası olaraq davam edir.

Ümumiyyətlə, Ermənistanın beynəlxalq tərəfdaşları, o cümlədən ABŞ Ermənistandakı daxili vəziyyəti qiymətləndirərkən qeyd edir ki, ölkədə hakim partiyaya qarşı müqavimət göstərəcək, susduracaq və məhdudiyyətlərə vadar edəcək heç bir sistem yoxdur və bu rolu müxalifət partiyalara həvalə edirlər.

Görünür, bu həm də ABŞ səfirinin Sarkisyanla görüşünün əsas səbəblərindən biri olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Sarkisyan  

ABŞ səfiri Sarkisyanla niyə görüşüb? - QISA BAXIŞ

2019/11/20997-1573026344.jpg
Oxunub: 1636     15:24     08 Noyabr 2019    