ABŞ Müdafiə naziri gələn həftə Şərqi Asiyaya səfər edəcək

2019/10/PENTA-1570181294.jpg
Oxunub: 339     14:47     08 Noyabr 2019    
ABŞ Müdafiə naziri Mark Esper Cənubi Koreya və Yaponiya arasında hərbi kəşfiyyat mübadiləsi sazişinin sona çatması ərəfəsində gələn həftə Seula səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Esper gələn çərşənbə günü Cənubi Koreya, Tailand, Filippin və Vyetnama səyahət edəcək.

Qeyd olunur ki, Esper 51-ci ABŞ-Cənubi Koreya Təhlükəsizlik Məşvərət Yığıncağına qatılacaq, burada Müdafiə naziri Yeonq Kyeonqdo və digər Cənubi Koreya rəsmiləri ilə görüşəcək. Gündəmin əsas mövzularına Koreya yarımadasındakı təhlükəsizlik vəziyyəti, ABŞ hərbi bazalarının köçürülməsi və geri qaytarılması və s. daxildir.

Pentaqon əlavə edib ki, tərəflər ittifaqı müzakirə edəcək və Koreya yarımadasının və Hind-Sakit okean bölgəsinin təhlükəsizliyi və sabitliyi üçün qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin həlli üçün ikitərəfli müdafiə əməkdaşlığının artırılmasına sadiq olduqlarını bir daha təsdiqləyəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Esper  

ABŞ Müdafiə naziri gələn həftə Şərqi Asiyaya səfər edəcək

2019/10/PENTA-1570181294.jpg
Oxunub: 340     14:47     08 Noyabr 2019    