"Qarabağ Azərbaycandır və nida!" devizi altında respubilkanın üç istiqamətində yürüş davam edir - FOTOLAR

2019/11/74936-1573209967.jpg
Oxunub: 436     15:15     08 Noyabr 2019    
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Qarabağ müharibəsi veteranları Bakı-Tərtər, Qazax-Gəncə və Biləsuvar-Beyləqan istiqamətində avtoyürüş keçiriblər.

Ordu.az xəbər verir ki, birliyin fəalları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Valday" beynəlxalq konfransında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida!" fikrinə dəstək olaraq reallaşdırdıqları yürüş boyunca Bakıdan Tərtərə, Qazaxdan Gəncəyə, Biləsuvardan Beyləqana gedən avtomobil yollarının üzərində yerləşən şəhər və rayonlardakı şəhidlər xiyabanlarını ziyarət edib, həlak olmuş döyüş yoldaşlarının ruhları qarşısında sayğı duruşunda dayanıblar.

Yürüş üç istiqamətdə birlik üzvlərinin cəbhədə xidmət aparan hərbiçilərlə görüşündən sonra başa çatacaq.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən verilən məlumata görə, tədbirdə ümumilikdə 300 nəfərdən çox Qarabağ müharibəsi əlili və veteranı iştirak edir.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Avtoyürüş   Qarabağ-Azərbaycanındır  

"Qarabağ Azərbaycandır və nida!" devizi altında respubilkanın üç istiqamətində yürüş davam edir - FOTOLAR

2019/11/74936-1573209967.jpg
Oxunub: 439     15:15     08 Noyabr 2019    