MSN-də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil olunub

2019/11/74958-1573205863.jpg
Oxunub: 409     13:58     08 Noyabr 2019    
Müdafiə Sənayesi Nazirliyinin inzibatı binasında 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil olunub.

MSN-in Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə çıxış edən Müdafiə Sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev üçrəngli bayrağımızın Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini söyləyib.

Müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağımızın bütün ölkə vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyi qürur hissi ilə xatırlanıb. Azərbaycan Respublikasının müstəqilliyinin rəmzi olan dövlət bayrağımızın hər zaman yüksəklərdə dalğalanması üçün Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının daima əllərindən gələni əsirgəməyəcəklərinə, fədakar xidmətləri ilə göstərilən etimadı layiqincə doğruldacaqlarına əminlik ifadə olunub.

Tədbirdə çıxış edən görkəmli tarixçi, Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünasılıq İnstitutunun direktoru, professor Musa Qasımlı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilən və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan üçrəngli bayrağımızın 72 ildən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən dövlət bayrağı kimi təsdiqləndiyini iştirakçıların diqqətinə çatdırıb. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis olunduğunu qeyd edən millət vəkili bayrağımızı uca tutmağın, vüqarla dalğalandırmağın hər bir vətəndaşımızın müqəddəs borcu olduğunu söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN   Bayraq-Günü  

MSN-də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil olunub

2019/11/74958-1573205863.jpg
Oxunub: 412     13:58     08 Noyabr 2019    