Merkel və Pompeo Fransa prezidentinin NATO ilə bağlı fikirlərini rədd edir

2019/11/maxre-1573199467.jpg
Oxunub: 214     12:07     08 Noyabr 2019    
Almaniya kansleri Angela Merkel Fransa prezidenti Emmanuel Makronun ABŞ və NATO müttəfiqlərinə tənqidlərini qətiyyətlə rədd edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Merkel Almaniyanın NATO-nun mərkəzində olduğunu və NATO-nun Almaniyanın təhlükəsizliyinin təməl daşı olduğunu bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo da NATO-nun əhəmiyyətini vurğulayaraq, 30 il əvvəl Berlin Divarının yıxılmasında translantik əməkdaşlığın kritik olduğunu və bu gün də aktual olduğunu qeyd edib.

Qeyd edək ki, Makron dünən ingilis dilində etdiyi bir açıqlamda NATO-nu və Avropa İttifaqını kəskin tənqid edib. O, NATO-nun “koma”da, Aİ-nin isə “uçurumun kənarı”nda olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Merkel   Pompeo  

Merkel və Pompeo Fransa prezidentinin NATO ilə bağlı fikirlərini rədd edir

2019/11/maxre-1573199467.jpg
Oxunub: 217     12:07     08 Noyabr 2019    